1103
05:01
18 May 2019

Sabunçu rayonunda 33 yaşlı qadın evində bıçaqlanıb

Sabunçu rayonunda qadın naməlum şəraitdə bıçaq xəsarəti alıb.
ONA -nın xəbərinə görə, hadisə rayonun Zabrat qəsəbəsində baş verib.
1986-ci il təvəllüdlü Həsənova Mahnur Bəxtiyar qızı yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.