<b>Zülfiyyə Xanbabayevadan borc xəbərinə <span style="color:red;">MÜNASİBƏT </b>
17 may 2019 14:37 (UTC +04:00)

Zülfiyyə Xanbabayevadan borc xəbərinə MÜNASİBƏT

Xalq artisti Zülfiyyə Xanbabayevanın adı məhkəmə və kredit qalmaqalında hallanmasə ilə bağlı xəbərlər yayılıb. Lent.az xəbər verir ki, mətbuatda dərc edilən xəbərlərə əsəsən, sənətkar bir müddət əvvəl “Bank Of Baku” ipoteka kreditinin müqaviləsinin şərtlərini pozub və bu səbəbdən evini tərk etməyi tələb edilir. 


Məsələ ilə bağlı Z.Xanbabayeva jurnalist Türkan Məmmədliyə bu sözləri deyib: “Sizin vasitənizlə hörmətli media nümayəndələrinə çatdırmaq istəyirəm ki, xəbər kökündən yalandır. Yayılan məlumat heç bir həqiqət əks etdirmir. Məsələni araşdırmaq üçün adı çəkilən bankla əlaqə saxlayıb, doğruları öyrənmək olar. Təşəkkür edirəm”.

Türkan Məmmədli bu sözləri sosial şəbəkədəki səhifəsində paylaşıb.

 

# 2138
avatar

Yalçın UĞUR

Oxşar yazılar