503
08:21
13 May 2019

Şri-Lanka terrorundan sonra ölkədə sosial şəbəkələr bağlanıb

Şri-Lanka hökuməti ölkədə “Facebook”, "WhatsApp" və digər sosial şəbəkəlin bağlanmasına qərar verib.

ONA -nın verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, sosial şəbəkələrin müvəqqəti bağlanması qərarı terror hadisələrindən sonra bölgədə zorakılıq hallarının artması ilə əlaqədardır.

Mayın 12-də baş vermiş son bənzər hadisə zamanı naməlum şəxslərin məscidlərə və müsəlmanlara aid mağazalara daş atdığı müşahidə edilib. Bunun “Facebook”da yaranmış mübahisədən sonra baş verdiyi deyilir.