Nelson Mandelanın həbsdə çəkdiyi rəsm 112 min dollara satıldı
03 may 2019 09:28 (UTC +04:00)

Nelson Mandelanın həbsdə çəkdiyi rəsm 112 min dollara satıldı

 
CAR-ın sabiq prezidenti Nelson Mandelanın Robben adasındakı məhkumluğu müddətində cəza çəkdiyi həbsxana kamerası qapısının rəsmi Nyu-Yorkun “Bonhams” hərrac evində 112 min dollara satılıb.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərrac evinin “Twitter” səhifəsində məlumat yer alıb.
 
“Atam prezidentlik postundan təqaüdə yollanarkən nə ilə məşğul olacağını bilmirdi. Düşünürəm ki, onun üçün incəsənət özünü ifadə etməsi üçün ən yaxşı üsul və ya öz keçmişi ilə barışmaq cəhdi idi”, - rəsmi sərgiyə təqdim edən Mandelanın qızı belə deyib.
# 787
avatar

Oxşar yazılar