347
14:13
24 Aprel 2019

“Formula-1”: Sam Smiti Cessi Cey əvəzləyəcək

“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisinin konsert proqramında ingiltərəli müğənni Sam Smiti əvəzləyən məşhurun adı açıqlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ONA -ya verilən məlumata görə, aprelin 27-də azarkeşlər qarşısına Cessi Cey çıxacaq.
“Brit” mükafatlı britaniyalı məşhurun konserti “Bakı Kristal Zalı”nda baş tutacaq.
Qeyd edək ki, yarış aprelin 26-28-də olacaq.