655
18:53
20 Aprel 2019

“Sentyabrda yeni Orfoqrafiya lüğəti çap ediləcək” - Möhsün Nağısoylu

“Bu ilin sentyabr ayında yeni Azərbaycan Dilinin Orfoqrafiya lüğəti çap ediləcək”.
Bu barədə ONA -ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.
O bildirib ki, hazırda yeni Azərbaycan Dilinin Orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş yekunlaşmaq üzrədir: “İşlər tam yekunlaşdıqdan sonra sentyabr ayında Orfoqrafiya lüğəti çap ediləcək. Ondan sonra isə orta məktəb dərsliklərində də buna əməl olunacaq”.
Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib.
Yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.