225
13:41
15 Aprel 2019

Azərbaycan boksçuları Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək

Sabah Gürcüstanın paytaxtı Tbilisidə boks üzrə beynəlxalq turnir start götürəcək.
Lent.az-ın məlumatına görə, David Kvaçadzenin şərəfinə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.
Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirə yollanan yığmamızın şərəfini Rüfət Hüseynov (52 kq), Nurlan Səfərov (60 kq), Nəbi İsgəndərov, Fərid Ağamoğlanov (hər ikisi 64 kq) və Elnur Süleymanov (75 kq) qoruyacaqlar.
Yarışda final görüşləri aprelin 20-də olacaq.