570
18:05
13 Aprel 2019

Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyin edilib

Polkovnik Məhəmməd Həsənov Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin edilib.
ONA -nın məlumatına görə, bunu bu gün Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bildirib.
Heydər Əliyev adına hərbi liseyin bayrağı sıra meydanına gətirilərək liseyin yeni rəisinə təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov yüksək vəzifəyə təyin edilib.