436
19:58
02 Aprel 2019

“Arsenal” 21 ildən sonra BUNU BACARDI

Ötən gün “Arsenal” İngiltərə Premyer Liqasının 32-ci turunda “Nyukasl”ı 2:0 hesabıyla məğlub edib.
Lent.az komanda.az-a istinadən xəbər verir ki, London təmsilçisi bu qələbəylə xallarının sayını 63-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib.
“Arsenal” ardıcıl 10 ev oyunudur ki, qələbə qazanır. “Topçular” son dəfə belə göstəriciyə 1997/98 mövsümündə nail olmuşdu.
“Arsenal” bu mövsüm son dəfə noyabrın 11-də, “Vulverhempton”la ev oyununda xal itirmişdi. Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən matç qollu bərabərliklə bitmişdi.