301
17:55
01 Aprel 2019

Bakıda Beynəlxalq festival keçiriləcək

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə aprelin 22-27-də Bakıda Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Lent.az xəbər verir ki, festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan olan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində Heydər Əliyev Sarayında aprelin 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandes olacaq.

Konsert proqramında Cüzeppe Verdi, Kamil Sen-Sans və İqor Stravinskinin əsərləri səsləndiriləcək.