385
19:21
01 Aprel 2019

Bu oyunçu Bekhemin rekordunu təkrarladı

Tottenham-in yarımmüdafiəçisi Kristian Eriksen tarixə düşüb.
Lent.az-ın goal.az-a istinadla verdiyi məlumata görə, o, buna "Liverpul"la görüşdə nail olub.
Premyer Liqanın XXXII turundakı qarşılaşmada komandasının yeganə qoluna assistlik edən danimarkalı oyunçu ardıcıl 4-cü mövsümdü ki, minimum 10 məhsuldar ötürmə həddinə çatıb. 27 yaşlı orta sahə oyunçusu bununla "Manchester United"in əfsanəvi futbolçusu Devid Bekhemin rekordunu təkrarlayıb.
Bekhem 1997-98, 1998-99, 1999-2000 və 2000-01 mövsümündə 10 assist səddinə çatmışdı.
Qeyd edək ki, Liverpool - Tottenham oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.