393
20:36
30 Mart 2019

“Neftçi” və “Səbail” dövrəyə qələbə ilə başlayıblar

Topaz Premyer Liqasında IV dövrə start götürüb.
ONA -nın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə XXII turun ilk görüşləri ilə başa çatıb.
Turun ilk oyun günündə hər iki qarşılaşma Bakıda keçirilib. Mükafatlar uğrunda mübarizə aparan “Səbail” Premyer Liqada qalmaq üçün çalışan “Zirə”nin qonağı olub.
Maykl Essyenin ehtiyatda qaldığı oyunda hesabı “Səbail” açıb. Ağabala Ramazanovun qoluna meydan sahibləri yalnız fasilədən sonra cavab verib. Xulio Sezar Rodriges hesabda tarazlıq yaradıb. Lakin Aftandil Hacıyevin yetirmələri xal itkisindən qaça biliblər. Şəhriyar Rəhimov uzatma dəqiqələrindəki qolu qonaqlara qələbə qazandırıb.
“Zirə”nin məğlubiyyətindən sonra irəliləmək imkanı qazanan “Keşlə” çempionatın lideri “Neftçi” ilə görüşüb. Matç “ASK Arena”da baş tutub.
Qarşılıqlı hücumlarla keçən oyunda hər iki komandanın bir neçə qol imkanı yaratsa da, 79-cu dəqiqəyədək hesab açılmayıb. Final fitinə 11 dəqiqə qalmış Emin Mahmudovun penalti zərbəsi liderə 3 xal gətirib.
Qeyd edək ki, turun digər matçları aprelin 1-də keçiriləcək.
Topaz Premyer Liqası
XXII tur
30 mart (şənbə)
“Zirə” – “Səbail”- 1:2
Qollar: Xulio Sezar Rodriqez, 69 // Ağabala Ramazanov, 41; Şəhriyar Rəhimov, 90+4
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Keşlə” – “Neftçi” – 0:1
Qol: Emin Mahmudov, 79 (pen.)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
“ASK Arena”, 18:30

1

Neftçi

22

14

6

2

37-15

48

2

Qarabağ

21

13

6

2

41-18

45

3

Səbail

22

10

4

8

26-22

34

4

Qəbələ

21

7

8

6

24-23

29

5

Sabah

21

6

4

11

16-30

22

6

Zirə

22

5

7

10

19-30

22

7

Keşlə

22

5

4

13

21-33

19

8

Sumqayıt

21

4

5

12

16-29

17

Bombardir:Baqali Dabo ("Neftçi") - 9 qol.