463
19:58
29 Mart 2019

Braziliya millisi 69 ildən sonra... - İLK DƏFƏ - FOTO

Futbol üzrə Braziliya millisi 2019 Amerika kuboku matçlarına mavi yaxalıqlı ağ formada çıxacaq.
Lent.az komanda.az-a istinadən xəbər verir ki, 1919-cu ildə yaranan yığma, 100 illiyi şərəfinə belə bir qərar qəbul edib. Braziliya millisi sonuncu dəfə bu formalarla DÇ-1950-də çıxış edib. Uruqvayda keçirilən turnirin qalibi olan yığma, 69 ildən sonra ilk dəfə mavi yaxalıqlı ağ formayla meydana çıxacaq.
2019 Amerika kuboku turniri 14 iyun-7 iyulda keçiriləcək.