385
12:34
29 Mart 2019

Mariya Stadnik Avropa çempionatına niyə getmir? - SƏBƏB

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının debütantı Seyidmohammadreza Azərşakibin yığmaya dəvət olunmasının səbəbi müəyyənləşib.
ONA -nın məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev açıqlayıb.
Güləş yığmalarımızın bu gün keçirilən açıq məşqində jurnalistlərin suallarını cavablandıran qurum başçısı 125 kq çəki dərəcəsində çıxış edəcək idmançı barədə də danışıb. O bildirib ki, Seyidmohammadreza Azərşakib əvvəllər də Azərbaycanı təmsil edib və daxili yarışlarda uğur qazanıb. S.Azərşakibin ölkə çempionu olduğunu bildirən N.Əliyev qeyd edib ki, millinin debütantı həmin çəkidə çıxış edən Cəmaləddini əvəzləyib.
Prezident əvəzi Mariya Stadnikin heyətdə yer almamağının səbəbini də açıqlayıb. Milliləşən legionerimiz zədə səbəbindən Avropa çempionatına qatılmayacaq. M.Stadnikin dünya çempionatına qədər tam hazır olacağı gözlənilir.