410
21:17
22 Mart 2019

22 yaşlı oyunçuya 40 milyon avro qiymət qoyuldu

"Milan" bir neçə klubun maraqlandığı futbolçusu Frank Kessini satmağa hazırdır.
Paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub.
F.Kessi ilə "Arsenal", "Tottenhem" və PSJ maraqlanır.
Qeyd edək ki, Kessi bu mövsüm A seriyasında 26 matçda 4 qol vurub, 1 qolun ötürməsini verib.
(qol.az)