316
15:09
17 Mart 2019

"Facebook" teraktla bağlı 1,5 milyon videonu sildi

"Facebook"un əməkdaşları Yeni Zelandiyada məscidlərə edilən hücumların sosial şəbəkədə yerləşdirilən 1,5 milyondan artıq videosunu siliblər.
"TASS"-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkənin rəsmi nümayəndəsi Miya Qarlik bildirib.
M.Qarlik deyib: "İlk 24 saat ərzində 1,5 milyon video silinib. Onların 1,2 milyonu yüklənmə mərhələsində silinib".
Rəsmi nümayəndə qeyd edib ki, sosial şəbəkənin əməkdaşları bu istiqamətdə işlərini davam etdirirlər.
(trend)