431
12:56
15 Mart 2019

Erməni iş adamını Moskvada GÜLLƏLƏDİLƏR

Moskva ətrafında yerləşən Mıtışax şəhərində silahlı qarşıdurma nəticəsində erməni iş adamı güllələnib.
Lent.az xəbər verir ki, bu barədə erməni KİV rus mətbuatına istinadən məlumat yayıb.
Baş vermiş hadisəni Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi təsdiqləyib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən ötən gün Mıtışax şəhərinin Borisovka küçəsində cəsəd tapılıb.
Məlum olub ki, bu şəxs mübahisə zəminində güllələnən milliyətcə erməni iş adamı Gevorg Tumanyandır.
Hadisənin kim tərəfindən törədildiyi haqda isə məlumat verilməyib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.