816
09:49
04 Mart 2019

Oksanadan əri barədə ŞOK ETİRAF: "Dini nikahdayıq..." - VİDEO

Azərbaycanlı rəqqasə Oksana Rəsulova şəxsi həyatından danışıb.

Lent.az -ın məlumatına görə, rəqqasə “ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasında maraqlı etiraflar edib: “Oğlum həyatımda hər şeyi dəyişdi. Ümumilikdə Oksananı tam dəyişdi. Hazırda dini nikahdayam. Oğlum da atasının soyadını daşıyır. Məndən olsa, 10 uşağım olar. Uşağımın atasının adını açıqlaya bilmərəm. Övladımın dodaqları mənə bənzəyir, amma ümumi baxanda atasına oxşayır”.

Oksana aparıcının “Qarşı cinsdən şiddət görmüsən?” sualına “Bəli, keçmiş həyat yoldaşımdan şiddət görmüşəm”, deyə cavab verib.

Rəqqasə xəyanətdən də söz açıb: “Xəyanəti heç vaxt bağışlamaram. Xəyanətin və sevginin izi silinmir. Böyük məhəbbət heç zaman unudulmur”.