118
14:52
28 May 2018

İlham Əliyev: "Xalqımız fəxr etməlidir ki..."

Xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə haqı olaraq fəxr edə bilər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük, azadlıqsevər və mütərəqqi xalqdır”.
APA -nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.
Dövlət başçısı bildirib ki, dövlət Xadq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib: “Bir neçə il öncə Bakının mərkəzində Xalqn Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Xalq Cümhuriyyəti ili elan edilib. 23 aylıq fəaliyyəti dövründə Xalq Cümhzuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın böyük faciəsidir. Əminəm ki, müstəqillik əldən verilməsəydi hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri idi. Bu bir bir daha müstəqilliyin qorunub saxlanılmasının onu əldə etməkdən çətin olduğunu göstərir. 1990-cı ildə milli bayrağımızın ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılması tarixi hadisədir”.