133
17:59
27 May 2018

Fransa XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin həlli..."

"FransaDağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həllinə dair həll variantının tapılmasına köməkedir".

APA -nın xəbərinə görə, bunu bu gün Fransa Respublikasının Avropa vəxarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib.

Fransalı nazir deyib ki, FransaATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var: "Mövcud status kvo həll variantı deyil. Bizibiz sülhü və regionda stabilliyi istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik".

APA