70
21:43
24 May 2018

Kral Azərbaycan prezidentinə məktub göndərdi

İordaniyanın kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Lent.az -ın məlumatına görə, məktubda deyilir:

“İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.