63
11:24
25 Aprel 2018

"Heç bir iki ölkə Türkiyə və Azərbaycan qədər yaxın deyil" - Prezident

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidentiİlham ƏliyevBöyük Millət Məclisinin (TBMM)sədri İsmayıl Kahramanla görüşüb.

APA -nın "Timetürk"ə istinadən verdiyi xəbərə görə, prezidentİlham Əliyevgörüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu deyib. Başqa heç bir iki ölkənin bir-birinə bu qədər yaxın olmadığını vurğulayan dövlət başçısı bu əlaqələrin tarixi kökə söykəndiyini dilə gətirib.

Türkiyə və Azərbaycanın bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq etdiyini söyləyən prezident bundan sonrakı mərhələdə də əlaqələrin daha sıx olacağını bəyan edib.

Daha sonra görüş qapalı keçirilib.

APA