197
12:39
21 Aprel 2018

Yeni baş nazir: "Azərbaycan prezidentinə söz verirəm ki..."

"Azərbaycan prezidentinə söz verirəm ki, mənim qarşımda qoyduğu vəzifələri məsuliyyəti ilə dərk edib, həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm".

APA -nın məlumatına görə, bunu Azərbaycanın yeni baş naziriNovruz MəmmədovMilli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır: "Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib. Çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram".

APA