80
10:15
19 Aprel 2018

Minsk qrupunun sabiq həmsədri vəfat edib

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun sabiq fransalı həmsədri Bernar Fasye vəfat edib.
APA -nın xəbərinə görə, bu barədə Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva "Facebook" səhifəsində yazıb. O, Azərbaycanın dostu kimi təqdim etdiyi B. Fasyenin ölümü ilə bağlı təəssüfləndiyini deyib.
Qeyd edək ki, B.Fasye 2004-cü ilin sonundan 2011-ci ilədək ATƏT-in Minsk qrupunun həmsədri olub.
APA