167
14:57
18 Aprel 2018

"Yaşayış səviyyəsi daha da artacaq" - İlham Əliyev

"Növbəti illərdə çox ciddi islahatlar aparacağıq və əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq".


APA -nın xəbərinə görə, bunu prezidentİlham Əliyevandiçmə mərasimində deyib.

O bildirib ki, Azərbaycan yoxsulluğa qarşı mübarizədə çox böyük uğurlara imza atıb: "Yoxsulluq 50%-dən 5,4 faizə düşüb. Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Baxmayaraq ki, son 15 ildə əhalinin sayı 1,5 milyon artıb, iş yerləri də təxminən o səviyyədə artıb. İş yerlərinin yaradılması məsələsini daim diqqətdə saxlayacağıq. Yeni iş yerlərinin yaradılması üçün daha çevik siyasət aparmalıyıq”.

Prezident qeyd edib ki, son 15 ildə sosial məsələlərin həllinə xüsusi diqqət yetirilib: “Maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. Ümumiyyətlə,sosial siyasət daim diqqət mərkəzindədir. Bir də demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşınınmaraqları, rifahı daim diqqət mərkəzində olacaq".


Məcburi köçkünlərlə bağlı məsələyə toxunan dövlət başçısı bildirib ki, onlarla bağlı məsələləri unutmayacağıq və bu məsələlər həmişə uğurla həll edilir: " Məcburi köçkünlər üçün100-ə yaxın qəsəbə salınıb. 280 -290 min məcburi köçkün yeni evlərlə təmin edilib. Bundan sonra da bu istiqamətdə səylər davam etdiriləcək. Məcburi köçkünlərin məişət problemləri, məşğulluq məsələləri daim diqqət mərkəzindədir və gələcəkdə də bu yolda addımlar atılacaq".

Prezident onu da bildirib ki, Azərbaycanda mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin: "Nəzərə alınmalıdır ki, indi dünyada və Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan qaldırır: “Yeni texnologi müəssisələrin yaradılması bizim planlarımıza daxildir. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq”.

Prezident qeyd edib ki, Azərbaycan son illər ərzində intellektual məhsulun ixracatçısına çevrilib: “Asan Xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir, çünki insanlara xidmət göstərir. 13 “Asan Xidmət” mərkəzimiz var, bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər 20-ə çatacaq. İndiyə qədər “Asan Xidmət” mərkəzlərində 20 milyona qədər müraciətə baxılıb. “Asan Xidmət” mərkəzlərində xidmətləri bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq. Həm inzibati, cəza tədbirləri, həm də ən böyük effekt verən sistem xarakterli, institusional tədbirlər görülür. “Asan Xidmət” onlar arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.

APA