207
14:17
15 Aprel 2018

Siyavuş Novruzov: “20 dəqiqə növbə gözləmişəm”

"Seçki prosesi qanunun tələblərinə uyğun keçirilib".

APA -nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında Yeni Azərbaycan Partiyası icraçı katibinin müaviniSiyavuş Novruzovbildirib.

MSK sədrininATƏTDemokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏTDTİHB),ATƏTParlament Assambleyası (ATƏTPA) vəAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına toxunan S. Novruzov deyib ki, Azərbaycanda müstəqillik illərində peşəkar seçki komissiyası formalaşıb: "Namizədlər də deyirlər ki, onlar hər hansı problemlə üzləşməyiblər. Beş gün əvvəl Azərbaycana gələnlər reallığı necə bilə bilərlər? Mən prezidentin səlahiyyətli nümayəndəsi kimi seçki məntəqəsində səs vermək üçün 20 dəqiqə növbədə gözləmişəm. Bu, seçkinin hansı səviyyədə keçdiyini göstərir".

APA