147
11:51
10 Aprel 2018

Azərbaycanlı milyarder 1 gündə 1 milyard 400 milyon itirdi

Bloomberg agentliyi ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra rusiyalı oliqarxların 16 milyard dollar itirdiyi barədə məlumat yayıb. Lent.az ı-ın verdiyi xəbərə görə, ən çox itkiyə “Norilski nikel”in sahibi Vladimir Potanin məruz qalıb. Potanin iki gün ərzində 2 milyard 300 milyon dollara yaxın vəsait itirib.

"Lukoyl"un prezidenti Vahid Ələkbərov isə 1,37 milyard dollardan çox itkiylə ikinci sıradadır. Üçüncü sırada isə 1,28 milyard itkiylə Viktor Vekselberq qərarlaşıb.