66
03:35
09 Mart 2018

Azərbaycanlı aktyor qarət edildi

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

Axşam.az-ınməlumatına görə, aktyorun 8 Mart - Beynəlxalq QadınlarGünü münasibətilə ailə üzvlərinə aldığı hədiyyələri ona məxsus “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq götürüblər.

Bu barədə E.Hacıbabayev sosial şəbəkədə video paylaşaraq məlumat verib.

O,baş vermiş hadisə ilə bağlı polisə müraciət etdiyini bildirib.