76
16:19
27 Fevral 2018

Səməd Səmədovun keçmiş xanımı danışdı: "Oğlunun dəfninə gəlmədi"

Xalq artisti Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanım gözlənilməz açıqlamalar verib. Lent.az -ın məlumatına görə, müğənninin keçmiş xanımı “Xəzər maqazin”ə şok açıqlamalar verib: “Mənim 16 yaşım var idi, o da əsgərlikdən yeni gəlmişdi. Qaçdıq, ailə qurduq. 9 ay sonra övladımız dünyaya gəldi. 5 il ailəli olmuşuq. Onun indiki xanımı o vaxtlar gəlib dedi ki, murdarçılıqdan məni azad et, sən gözəlsən, ər taparsan. Səməd, sənin vicdanına nə gəlib? Oğlumu atasının yanına göndərdim, qapını indiki xanımı açıb deyib ki, atan indi məşhurlaşıb deyə gəlmisən? Oğlum mənə qayıdıb dedi ki, ana, sən mənim başımı birinci dəfə yerə soxdun. Ona söylədim ki, atandır, eybi yoxdur. Oğlum da dedi ki, atam evdə idi, amma qapıya çıxmadı”.

O, oğlu Eminin bir müddət əvvəl öldüyünü söyləyib: “Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən 3 gün sonra yasa qırmızı pencəklə gəldi”.