87
12:00
19 Fevral 2018

Fidan Hacıyeva Leyla Əliyevanın sözlərinə yeni mahnı oxudu 

Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Leyla Əliyevanın sözlərinə yeni mahnı oxuyub.
Lent.az -ın məlumatına görə, “Mənə bir söz de” (“Skaji mne slovo”) adlı mahnının musiqisi Eldar Həsənova məxsusdur.
Fidan Hacıyeva bildirib ki, bu, Leyla Əliyevanın sözlərinə ifa etdiyi 3-cü mahnıdır: “Həm musiqinin ritmi, həm də sözlər hər bir kəsin ürəyinə yaxındır. Çünki insanın ən ümdə hissindən – sevgidən bəhs edir. Mahnının hər cümləsi fəlsəfi dərinliyə malikdir”.