00:43
08 Fevral 2018

"Instagram"da yeni rekord - 14 milyon "layk"

Amerikalı model Kayli Cennerin paylaşımı "Instagram" sosial şəbəkəsinin tarixində ən populyar paylaşım olub.

Lent.az -ın “trend”ə istinadən xəbərinə görə, çərşənbə günü model fevralın 1-i dünyaya gələn qızının şəkilini paylaşıb. Bir sutkadan az bir müddət ərzində şəkil 14 milyon "layk" toplayıb. Ümumilikdə Cennerin 103 milyon izləyicisi var.

Beləliklə, model populyarlığa görə, "Real Madrid"in hücumçusu Kriştianu Ronaldo (ikinci yer - 11,3 milyon "layk") və müğənni Beyonsu (üçüncü yer - 11,2 milyon) üstələyib.