45
05:36
29 Yanvar 2018

Məşhur cütlük ikinci dəfə ayrıldı

Aktrisa Qamze Topuzla futbolçu sevgilisi Tümer Metin ayrılıblar.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük İnstaqramda bir-birini izləmədən çıxarıb.
Xatırladaq ki, 2016-ci ilin qışında başlamış münasibəti Qamze və Tümer ötən ilin sentyabrında tamamlamışdı. Lakin cütlük yenidən 3 ay sonra ikinci dəfə barışmışdı.
Qeyd edək ki, Qamze ilə Metinin bilinməyən səbəbdən küçədə mübahisəyə başlamış və cütlüyün həmin davadan sonra ayrılmaq qərarına gəldiyi deyilirdi.