55
17:18
24 Yanvar 2018

Rəşad xanımından və uşaqlarından danışdı: “Ailəmdə ola bilməz” - VİDEO

Müğənni Rəşad İlyasov şəxsi həyatından danışıb. Lent.az -ın məlumatına görə, “ APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, bəzi məşhurlardan fərqli olaraq ailəsini mediadan gizlətmir: "İnsanın həyatında ailənin öz yeri, işin də öz yeri var. Bu yaxınlarda maqazin proqramlarının biri evimizdə çəkiliş etdi. Evdə çəkiliş edirlərsə, necə deyə bilərəm ki, gizlənin, sizi çəkməsinlər. Uşaqlarımın fikrini öyrəndim, dedilər ki, biz salamlaşaq, daha sonra dərslərimizlə məşğul olaq. Doğrudan da elə bir mərhələdədirlər ki, dərsləri çoxdur. Yoldaşım da salamlaşdı, sonra kadr arxasına çəkildi. Mən bu yaxınlarda eşitdim ki, hansısa sənətçinin evinə çəkiliş gəlib, xanımını gizlədib, dostları ilə söhbətləşib. Amma mən hesab edirəm ki, insanın ən böyük dostu onun ailəsidir. Xanımına necə demək olar ki, sən ayrı otur, biz də ayrı. Mənim ailəmdə belə şey ola bilməz. Bizdə hər şey normal, sivildir. Yəni, Azərbaycan adət-ənənələrinə uyğun”.

Qeyd edək ki, Gülnarə İlyasova adlı xanımla evli olan R.İlyasovun bir qızı və bir oğlu var.