52
05:04
23 Yanvar 2018

Hollivudun ən yaşlı aktrisası vəfat etdi - 106 yaşında

Hollivudun ən yaşlı aktrisası Konni Soyer 106 yaşında vəfat edib.

APA -nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, K.Soyer Los-Ancelesdəki evində dünyasını dəyişib.

Konni Soyer 1912-ci ildə yəhudi əsilli Rumın mühacirinin ailəsində dünyaya gəlib. 2012-ci ildə 99 yaşlı aktrisa ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyasının ən qocaman üzvü olub.

1953-cü ildə karyerasına başlayan Konni Soyer son dəfə 2013-cü ildə kinoya çəkilib.