07:34
16 Dekabr 2017

Facebook: sosial şəbəkələr zərərlidir

Facebook tədqiqatçıları sosial şəbəkədə xəbər oxunuşunun insana zərər verə biləcəyini etiraf edib.

Lent.az-ın “trend”ə istinadən məlumatına görə, bu barədə sosial şəbəkənin bloqunda yerləşdirilmiş məqalədə deyilir.

Facebook tədqiqatçıları Devid Ginsberg və Moira Burke, xəbər lentinin passiv oxunuşunun insanların ruh sağlamlığı üçün əlverişsiz ola biləcəyi qənaətinə gəlib.

"Ümumiyyətlə, insanlar məlumatların passiv şəkildə oxuduqda, çox vaxt sonradan onların səhhəti pisləşirlər", məqalədə bildirilir.