78
06:03
24 Yanvar 2017

Obama prezidentliyinin son saatlarında Fələstinə pul göndərdi - 221 milyon

Barak Obama prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar göndərib.

APA -nın xəbərinə görə, bu barədə “Assosiated Press” agentliyinə məlumatlı mənbələrdən bildiriblər.

ABŞ administrasiyası bununla bağlı Konqresi yanvarın 20-si, səhər saatlarında, Donald Trampın inauqurasiyasından öncə məlumatlandırıb.

Qeyd olunur ki, Respublikaçılar partiyası dəfələrlə Fələstin muxtariyyətinə maliyyə vəsaitinin ayrılmasının əleyhinə çıxış edib.