79
08:12
22 Yanvar 2017

Suriya müxalifətinin nümayəndələri Astanadadır

Suriya müxalifətinin nümayəndələri danışıqlarda iştirak etmək üçün Astanaya gedib. APA -nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Qazaxıstan XİN-nin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib. Onun sözlərinə görə, yaxın zamanda Suriya hökumətinin nümayəndə heyətinin Astanaya səfəri gözlənilir.

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.