28
19:02
21 Yanvar 2017

Tovuz sakini 1100 manat oğurladı

Oğurluqda şübhəli bilinən Tovuz rayonunun Vahidli kənd sakini ələ keçib.

Lent.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Vahidli kəndindəki evlərdən birindən 1100 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Zakir Aslanov tutulub.