43
11:22
21 Yanvar 2017

Tovuz sakini yerlisini baltaladı

Tovuz şəhər sakini Kənan Qasımova balta ilə xəsarət yetirən şəxsin kimliyi bəlli olub.

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da şəhər sakini Kənan Qasımovun başına baltanın arxası ilə xəsarət yetirməkdə şübhəli bilinən həmyerlisi Elxan Qasımov tutulub.

Bildirək ki, E.Qasımov əvvəllər məhkum həyatı yaşayıb.