45
03:02
20 Yanvar 2017

Almaniyada da apteklərdə marixuana satılacaq

Almaniya bundestaqının deputatları marixuananın tibbi məqsədlər üçün istifadəsi haqqında qanunu qəbul ediblər.

APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, uzun müzakirələrdən sonra deputatlar hökumət tərəfindən 2016-cı ildə irəli sürülmüş qanuna yekdilliklə səs veriblər.

Məlumata görə, ağır xroniki xəstəliklərdən və kimyəvi terapiyanın fəsadlarından əziyyət çəkən xəstələrin marixuana ilə müalicəsi sığorta şirkətləri tərəfindən ödəniləcək. Qanuna əsasən, marixuana ilə müalicə yalnız həkim tərəfindən təyin edilə bilər.