33
06:22
18 Yanvar 2017

Mədəndə uçqun 9 can aldı

Çində kömür mədənində uçqun nəticəsində 9 nəfər ölüb. APA -nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, insident Şiçjou şəhərində kömür mədənində profilaktik işlər aparılarkən baş verib. Nəticədə 10 şaxtaçı torpağın altında qalıb. Onlardan cəmi birini xilas etmək mümkün olub. Onu vəziyyəti stabildir.

İnsidentin səbəbləri araşdırılır.