57
04:33
18 Yanvar 2017

“Quantanamo”- dan daha 10 məhbus Omana köçürüldü

ABŞ Müdafiə Nazirliyini ötən gün “Quantanamo” həbsxanasından 10 məhbusun Omana köçürüldüyünü təsdiqləyib.

APA -nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, xüsusi qurumlararası komissiya belə qənaətə gəlib ki, bu məhbuslar ABŞ-ın milli təhlükəsizliyi üçün heç bir təhlükə yaratmır.

“Bu günə Quantanamada hələ də 45 məhbus qalmaqdadır”, - deyə məlumatda bildirilir.