47
15:01
16 Yanvar 2017

Nadir qadınlar üçün bunu da etdi - VİDEO

Müğənni Nadir Qafarzadə “Xoşbəxt qadın” adlı mahnını yeni ritmik versiyada dinləyicilərin ixtiyarına verib. Lent.az -a açıqlama verən ifaçı bildirib ki, məşhur “Sekret Servis” qrupunun repertuarından olan bəstəyə növbəti dəfə müraciət edib: “Bu bəstə 90-cı illərdə İsveç qrupu tərəfindən kompozisiya şəkilində təqdim olunmuşdu. Mən isə bu mahnıya fərqli şəkildə yanaşdım. Bəstəni çox sevirdim. Elə ona görə “Xoşbəxt qadın” adlı mahnını iki versiyada lentə aldırdım. Bu yeni versiyadır. Onu da əlavə edim ki, bu mahnını bütün qadınlara həsr etmişəm”.