43
23:15
07 Dekabr 2016

Sabiq TBMM sədri vəfat etdi

Sabiq Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Sezgin 88 yaşında vəfat edib.

APA -nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Gülhane Hərbi Tibb Akademiyasında ürək çatışmazlığı ilə əlaqədar müalicə alan İ.Sezgin bu gün axşam saatlarında dünyasını dəyişib.

1928-ci ildə anadan olan İsmət Sezgin müxtəlif vaxtlarda TBMM-nin sədri və Türkiyənin baş nazirinin müavini, həmçinin müdafiə naziri vəzifələrində çalışıb.