Güclü külək səbəbindən 200 aviareys gecikir - Moskvada
12 noyabr 2016 05:49 (UTC +04:00)

Güclü külək səbəbindən 200 aviareys gecikir - Moskvada

Moskva hava limanlarında davam etməkdə olan külək səbəbindən yüzlərlə aviareysdə gecikmə yaranıb.

 

"Report" "Yandex.Tablo"ya istinadən xəbər verir ki, "Şeremetyevo"da 80 reys gecikir, 91-i təxirə salınıb, daha 20 reys "Domodedovo"da gecikir və 12-si təxirə salınıb. Öz növbəsində, aviadispetçer xidmətlərindəki mənbədən "İnterfax"a verilən məlumata görə, qartəmizləyən texniklar hava limanlarında gücləndirilmiş rejimdə işləyirlər. Lakin aerodromların təmizlənməsi üçün zamana ehtiyac var.

 

Mənbənin sözlərinə görə, bu səbəbdən reyslərdə gecikmə yarana bilər.

 

# 327
avatar

Anar Yusifoğlu

Oxşar yazılar