Masallıda dülgər sexi yanıb
25 iyul 2016 19:54 (UTC +04:00)

Masallıda dülgər sexi yanıb

Masallı rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 306 m² olan dülgər sexinin çardağının yanar konstruksiyaları 108 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 261
avatar

Oxşar yazılar