Bu il 26 dini icma qeydiyyata alınıb
25 iyul 2016 17:09 (UTC +04:00)

Bu il 26 dini icma qeydiyyata alınıb

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Komitədən Lent.az-a verilən məlumata görə, iclasda Kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak edib.
 
 
 
Mübariz Qurbanlı bildirib ki, həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilib: “Ötən dövrdə 630 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 40 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb, 26 dini qurum dövlət qeydiyyatına alınıb və beləliklə qeydiyyata alınmış dini qurumların ümumi sayı 707-ə çatıb. Milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmə qarşı mübarizədə maarifləndirici xarakterli 9 adda kitabın nəşrə hazırlanıb”.
 
 
 
Onun sözlərinə görə, Dövlət Komitəsinin sədri Dövlət Komitəsi ilə Baş Prokurorluğu, Daxili işlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Tədbirlər Planı imzalanıb və 6 ay ərzində icra olunub: “Dövlət Komitəsi ilə digər dövlət strukturları arasında ümumilikdə 330-a yaxın, o cümlədən “Multikulturalizm ili” çərçivəsində 100-ə yaxın tədbir təşkil edilib. Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi üçün ölkənin bütün bölgələrini əhatə edən 121 dini icmaya maliyyə vəsaiti ayrılıb”. 
 
 
 
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov hesabat məruzəsində bu ilin 6 ayı ərzində DQİDK tərəfindən dini radikalizmlə mübarizə istiqamətində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. 
 
 
 
 
# 186
avatar

Oxşar yazılar