Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 İyul
13 iyul 2016 20:20 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 İyul

YORUM

 

Brüssel görüşündə tərəflərin münasibətlərdə hansısa irəliləyişə nail olacağı böyük ehtimalla gözlənilmir. Bunu bir neçə gün əvvəl ABŞ prezidenti Barak Obama və Vladimir Putinin telefon danışığında hər hansı bir razılaşmaya gəlinmədiyinə əsaslanaraq da söyləmək olar.

 

Varşava sammitin nəticələrinə uyğun  olaraq, NATO Baltikyanı ölkələrdə, o cümlədən Polşada hazırda mövcud olan iki batalyona dəstək məqsədilə daha ikisinin yerləşdirilməsini qərara alıb. Üstəgəl, alyans Şərqi Avropada raket əleyhinə müdafiə sistemlərinin planlı yerləşdirilməsini davam etdirir. Rusiya isə təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməli olacağını deyir. Amma bu, hələlik xəbərdarlıq olaraq qalır, sadəcə...

 

NATO komandanlığı isə bu addımların Rusiyaya qarşı yox, İranın istisna edilməyən raket hücumuna qarşı atıldığını iddia edir və Tehranın raket sınaqlarını davam etdirməsini əsas gətirir. Rusiyadan fərqli olaraq, rəsmi Tehran hələ bir dəfə də olsun, Qərblə əldə edilən razılıqdan, üzərindən sanksiyalar götürüldükdən sonra belə, Avropaya hələ də nə üçün təhlükə kimi göründüyünün hesabını sormur. Təbiidir, hazırda İran üçün hərbi-siyasi münaqişələrdən daha çox iqtisadiyyatı ilə məşğul olmaq sərf edir. Və Qərb bunun üçün sözügedən ölkəyə qapıları açıb. Rusiya-NATO Şurası ərəfəsində İranın dondurulmuş 2 milyard dollarından 1 milyard 700 milyonunu qaytarması da bu kontekstdə üstündən keçiləcək nüans deyil. Tərəflərin əsas müzakirə mövzusu olacaq Ukrayna və Suriya məsələsində də razılaşa biləcəkləri real görünmür.

 

Yeri gəlmişkən, bu görüş NATO-Rusiya Şurası arasında sayca 13-dür. Bu rəqəmin özü də uğurlu sayılmır...

 

 

# 190
avatar

Oxşar yazılar