Maduro: "Parlament vətənə xəyanət etdi"
01 iyun 2016 06:27 (UTC +04:00)

Maduro: "Parlament vətənə xəyanət etdi"

Venesuela prezidenti Nikolas Maduro parlament rəhbərliyini vətənə xəyanətdə günahlandıraraq, müvafiq iddianı XİN və Prokurorluğa təqdim etmək niyyətində olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduronun bu cür addım atmasına səbəb parlament rəhbəri Enri Ramosun xarici dövlətlərə ölkədəki gərgin vəziyyətə müdaxilə etməsi ilə bağlı ünvanladığı çağırışı olub.  

 

“Mən bütün xalqa parlamentin hakimiyyəti qəsb etməsini və vətənə xəyanət etməsini göstərəcək tarixi bir proses təşkil etmək niyyətindəyəm”, - deyə Maduro bildirib.   

 

Ramos mayən 24-də BMT-də çıxış edəcəyini və ölkədəki vəziyyətə müdaxilə olunmasının vacibliyini  bəyan edəcəyini bildirib.  

 

“Ramosun bu hərəkəti cinayətdir”, deyə Maduro bildirib.

 

Venesuelada neftin qiymətinin aşağı düşməsinin səbəb olmuş kəskin ərzaq çatışmazlığı, yüksək inflyasiya və gəlirlərin azalması fonunda  vəziyyət kritik həddə çatıb.  

# 148
avatar

Oxşar yazılar