Avtomobil 26 yaşlı oğlanı vurub öldürdü - Gəncədə
31 may 2016 09:01 (UTC +04:00)

Avtomobil 26 yaşlı oğlanı vurub öldürdü - Gəncədə

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin “Sovxoz Nizami” adlanan ərazisindəki Üzeyir Hacıbəyov küçəsində şəhər sakini, 1981-ci il təvəllüdlü Vüqar Seyfullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Seymur İbrahimovu vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

# 68
avatar

Oxşar yazılar